azfakt.az
http://azfakt.az

Sərxanla Kamran arasında qalmaqal: "Yetər artıq"

19-04-2024, 14:00
Sərxanla Kamran arasında qalmaqal: "Yetər artıq"

Aparıcılar Kamran Həsənli ilə Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb.
Buna səbəb Kamranın aparıcılarla bağlı verdiyi açıqlama olub. Belə ki, K.Həsəni Yenicag.az-a açıqlamasında "Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən “məbləği” var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir. Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır" sözlərini söyləyib.

S.Kərəmoğlu isə onun bu fikirlərinə etiraz edərək, sərt reaksiya verib:

"Yetər artıq! Kamran bəyin televiziya sahəsində peşəkarlığına və savadına kimsənin şübhəsi yoxdur, amma bu qədər də insanları və həmkarları aşağılamaq olmaz.

Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? “Space” telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? “Sizin saat” və “Musiqili meydan” verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Televiziya sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan bunları dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə “Sən kimsən?”, deyə müraciət edir. Pafos sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq naminə.

Bunlar çox davam edəcək? Sizə belə mövqedə olmaq yaraşmır, çünki siz müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm. Təki olsun! Amma heç kimin nə “ATV”də, nə keçmiş “ANS TV”də etdiyiniz layihələr yaddaşlarında qalıb".

Mənim Kamran Həsənliyə tövsiyəm, televiziya mövzularını artıq bitirsin. O ki, qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim xəbəriniz olsun ki, hələ Sövet dövründə belə senzuradan keçən mügənnilər rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə də verirdilər. Pulla efirə çıxmaq irsi olaraq keçib, çox da “zad eləmə...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031