azfakt.az
http://azfakt.az

Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ

23-04-2024, 13:58
Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ

Məşhur müğənni Castin Biberin yaxın dostu, Trippie Redd ilə işbirliyi ilə tanınan reper Kris Kinq 33 yaşında Neşvildə öldürülüb.
Azfakt.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur reper odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Neşvill polisinin verdiyi məlumata görə, 33 yaşlı reper "Hayes Street" otelinin dayanacağında yaralı halda tapılıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Kinqin keçmiş otaq yoldaşı müğənni Castin Biber instaqramda "Səni sevirəm, qardaş. Cənnətdə görüşənədək" yazıb.

Qeyd edək ki, Kinq 10 illik rep karyerası ərzində bir çox albom buraxıb. O, sonuncu dəfə aprelin 8-də "Seeing Double Seeing Double" albomunu buraxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031