azfakt.az
http://azfakt.az

Xameneidən ŞOK TƏHDİD: İran dayanmayacaq

22-04-2024, 13:41
Xameneidən ŞOK TƏHDİD: İran dayanmayacaq

İranın ali dini lideri Ayətullah Əli Xamenei paytaxt Tehranda Silahlı Qüvvələr və İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanları ilə görüşüb.
Görüş zamanı Xamenei Silahlı Qüvvələr və İnqilab Keşikçiləri Korpusuna İsrailə qarşı əməliyyatda uğurlarına görə təşəkkür edib.

O, İranın İsrailə hücumunu dəyərləndirib:

"Əhəmiyyətli olan nə qədər raket atıldığı və ya nə qədər hədəfin vurulduğu deyil. Vacib olan silahlı qüvvələr və İran xalqının beynəlxalq arenada bunu etmək üçün iradə nümayiş etdirməsidir".

Xamenei ölkəsinin hərbi sahədə inkişafını davam etdirməli olduğunu vurğulayıb:

"Hərbi inkişafda bir an belə dayanmamalıyıq. Çünki dayanmaq geriyə getmək deməkdir. Ona görə də biz hərbi texnologiyalar sahəsində inkişafı davam etdirməli, düşmənin texnika və üsullarını tanımaq üçün səyləri davam etdirməliyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031