azfakt.az
http://azfakt.az

Lalə Azərtaş qalmaqal yaşadığı Cavanşir Məmmədovdan danışdı

23-04-2024, 10:30
Lalə Azərtaş qalmaqal yaşadığı Cavanşir Məmmədovdan danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil ürəktutmasından dünyasını dəyişib.
Ifaçının sonuncu dəfə qalmaqal yaşadığı Lalə Azərtaş aparıcısı olduğu "Təsir dairəsi" verilişində onun vəfatı ilə bağlı danışıb:

"Həftəsonu itki xəbəri aldıq və buna çox üzüldük. Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib. İndi haqq dünyasındadır. Allah ona rəhmət eləsin. Dəfələrlə bizim studiyamızda ekspert qismində olub və fikirlərini tamaşaçılarla bölüşüb. Başqa məqamlarla bağlı da burada qonaq olub. Amma bu gün onun ən çox yaddaqalan tərəfindən danışacağam. El şənliklərinin bəzəyi idi. O el şənliklərinə, el şənlikləri də ona yaraşırdı. Hətta o burada olanda da demişdim ki, mənim toyumu da o aparıb. O zaman, düzdür hələ televiziyada yox idim, sadə vətəndaş kimi dəvət etmişdik. O, gəlib toyu aparmışdı. Həqiqətən də toylarda yeri görünəcək. El şənliklərində, bayramlarda, özəl günlərdə gözlər onu axtaracaq. İnsanlar onun üçün darıxacaq. Allah rəhmət etsin, deyirik. Yeri cənnət olsun, Allah ailəsinə səbr versin. Bu cür insanlar adətən səsləri ilə qəlblərdə taxt qurur".

Qeyd edək ki, C.Məmmədovla L.Azərtaş arasındakı qalmaqala səbəb ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa aparıcıdan ona şər atıldığını deyərək, yardım istəyib.

Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031