azfakt.az
http://azfakt.az

Taciklərin Gürcüstana girişi qadağan edildi

17-04-2024, 17:42
Taciklərin Gürcüstana girişi qadağan edildi

Martın sonundan Tacikistan vətəndaşlarının Gürcüstana girişinə qadağa qoyulub.
Azfakt.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun (“Radio Ozodi”) Tacikistan xidməti məlumat yayıb.
Tacikistan vətəndaşlarının Gürcüstan ərazisinə girişinin hansı səbəbdən qadağan edildiyi məlum deyil. İki ölkə arasında vizasız rejim var. Tacikistan vətəndaşlarının Gürcüstana girişi qaydalarının dəyişdirilməsi ilə bağlı rəsmi mətbuatda məlumat verilməyib.

Tendensiya cari ilin mart ayının sonundan müşahidə edilir, amma Tacikistan hakimiyyəti hələ də vəziyyətə təpki göstərməyib.

Tacik jurnalist Anuşervon Aripov martın 26-da bildirmişdi ki, o və bir neçə digər Tacikistan vətəndaşı Gürcüstan ərazisinə daxil ola bilməyib:

“Ailəm yanımda idi - həyat yoldaşım və iki kiçik uşağım. Gürcüstana turizm məqsədilə daxil olmağı planlaşdırırdıq, amma keçid məntəqəsində keçməyə icazə verilmədiyi üçün geri qayıtmalı olduq. Həmin gün daha 8 Tacikistan vətəndaşının ölkəyə girişinə icazə verilməyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031