azfakt.az
http://azfakt.az

"Heç yerə qaçmaq fikrim yoxdur"

3-04-2024, 10:00
"Heç yerə qaçmaq fikrim yoxdur"

“Crocus Group”un birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov Bakıda Rusiyanın "Forbes" jurnalına müsahibə verib.
Sənətçi martın 22-də “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı ona ünvanlanan sualları cavablandırıb. O, hadisənin başladığı an Kutuzovskidəki ofisində olduğunu bildirib:

"İşçilərdən biri - zalın direktoru Roman Qraçov mənə zəng etdi və "Crocus"da atışma olduğunu söylədi. O vaxt Kutuzovskidəki ofisimdə idim. Maşına mindim, faciə yerinə getdim, yəqin ki, 30-45 dəqiqəyə çatdım. Yəni ilk atışlardan 40-45 dəqiqə sonra mən artıq "Crocus"un girişində idim.

Həmin vaxt artıq binada yanğın başlamışdı və ziyarətçilərin çoxu çıxıb getmişdi. Əlbəttə, bu, dəhşətli mənzərə idi, artıq küçədə ölülər var idi. Qraçev və digər işçilərlə birlikdə foyedə sağ qalanların olub-olmamasını yoxladıq. Təəssüf ki, onlar arasında sağ qalan yox idi".

Emin atası, “Crocus Group”un prezidenti Araz Ağalarovla birlikdə serverlərin olduğu mərtəbəyə qalxdıqlarını bildirib:

"Birbaşa "Crocus City Hall"a girə bilmədik, çünki yanğın başlamışdı. Hadisə yerinə “Crocus Group”un prezidenti Araz Ağalarov gəldi. Zalın direktoru və mühafizəçilərlə birlikdə server otağına yollandıq. Biz küçəboyu zalın ətrafında qaçdıq, tamaşaçıların zalı tərk etdiyi evakuasiya dəhlizlərinə girdik, tüstülü dəhlizlərdən keçdik və dördüncü mərtəbəyə çıxdıq. Orada serverlərin olduğu metal qapını tapdıq.

Qapını dərhal açmaq mümkün olmadı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından biri bizə kömək etdi. Biz ondan balta götürdük və naqilləri kəsərək serveri çıxardıq. Onu hüquq-mühafizə orqanlarına təhvil verdik. Qalan vaxtımızı isə orada keçirdik".

Emin terror aktından sonra Rusiyadan getməsi ilə bağlı söz-söhbətlərə isə "Heç yerə qaçmaq fikrim yoxdur" cavabını verib.

Qeyd edək ki, hadisə nəticəsində 144 nəfər ölüb, 382 nəfər yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031