azfakt.az
http://azfakt.az

23 saylı məktəbin 7-ci sinif şagirdindən dəhşətli əməl

2-04-2024, 12:29
23 saylı məktəbin 7-ci sinif şagirdindən dəhşətli əməl

Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlayıb.
Azfakt.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, qız oğlana boğaz nahiyyəsindən xəsarət yetirib.

Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub.
Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub.

Valideynlərin əksəriyyəti mikrofona danışmaqdan imtina etslərə də, şifahi olaraq narahatlıqlarını dilə gətirdilər. Lakin hələlik məktəbdən valideynlərə heç bir dəqiq informasiya verilməyib.

Məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi münasibət bildirib.
Agentlikdən qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar. Agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsində olublar.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, faktla bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031